
Laurel MMC tərəfindən hazırlanmış təlim proqramları maliyyə sektorunda çalışan mütəxəssislərin peşəkar inkişafını dəstəkləyir. Təlimlər AML/CFT, KYC/KYB, risk qiymətləndirilməsi, daxili nəzarət və normativ tələblərin tətbiqini əhatə edir. Proqramlar həm yeni başlayanlar, həm də təcrübəli mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Laurel.exe maliyyə təşkilatları üçün hazırlanmış avtomatlaşdırılmış AML yoxlama proqramıdır. Sistem müştəri məlumatlarını emal edir, sanksiya siyahıları üzrə yoxlamalar aparır, nəticələri analiz edir və audit məqsədli hesabatlar hazırlayır. Proqram gündəlik AML nəzarət proseslərini sürətləndirərək insan səhvlərini minimuma endirməyə kömək edir.
Laurel Compliance 360 müəssisələr üçün komplayns və ƏL/TMM sahəsində tam həll paketidir. Xidmət çərçivəsində sistemin sıfırdan qurulması, daxili normativ sənədlərin hazırlanması, risk qiymətləndirilməsi metodologiyalarının tətbiqi, əməkdaşların təlimi, daxili auditə hazırlıq, Mərkəzi Bank yoxlamalarına hazırlıq və aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə peşəkar məsləhət və icra dəstəyi təqdim edilir.